Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi"də şok itki -Kapitan 6 aylığa sıradan çıxdı
Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutan “Uypeşt” – “Neftçi” matçının ilk hissəsində zədələnən Ruslan Abışovun durumuna aydınlıq gəlib.
Sportfm.az xəbər verir ki, millimizin üzvü uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Belə ki, təcrübəli futbolçu bu gün tibbi müayinədən keçib. Müayinədən sonra Abışovun diz bağlarında qopma olduğu üzə çıxıb. Yaxın günlərdə əməliyyat olunacaq futbolçu ən azı 6 ay məşq edə bilməycək.
Qeyd edək ki, Ruslan tərəflər arasında baş tutan ilk oyunda ayağında ağrılar hiss edib. Lakin o, komandasına çətin vəziyyətdə qoymamaq üçün Macarıstan səfərinə yollanıb və matçda iştirak edib.
Oxşar xəbərlər
Ruslan Abışov kollektiv məşqlərə başladı - FOTO
Ruslan Abışov bərpa prosesi keçir - FOTOLAR
"Neftçi”nin kapitanı əməliyyat olundu - FOTO
Ruslan Abışov da Almaniyaya yollanır
"Qarabağ"da ciddi itki - Azı 3 həftə oynamayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası