reklam
Sportfm.az xəbər saytı

"Neftçi”nin kapitanı əməliyyat olundu -FOTO


"Neftçi”nin kapitanı Ruslan Abışov əməliyyat olunub. Almaniyada baş tutan əməliyyat uğurlu keçib.

Sportfm.az xəbər verir ki, təcrübəli müdafiəçi bununla bağlı klubun rəsmi saytına açıqlama verib: "Özümü yaxşı hiss edirəm. Əməliyyat normal keçdi. Hər şey qaydasındadır. Həkimin rəyinə görə, üç aydan sonra Almaniyada 4 həftəlik bərpa keçib, komanda ilə məşqlərə başlaya biləcəm. İnanıram ki, hər şey daha da yaxşı olacaq”. 

Xatırladaq ki, Avropa Liqasının birinci təsnifat mərhələsinin Macarıstanın "Uypeşt” klubu ilə cavab oyununda zədələnən Ruslan Abışovun sol dizində ön çarpaz bağ tam qopmuş, meniski cırılmışdı.

Oxşar xəbərlər

Ayaz Quliyev əməliyyat olundu
Namik Ələskərov əməliyyat olundu
"Neftçi"nin oyunçusu əməliyyat olundu - "Əməliyyat 3 saat çəkdi"
Ruslan Abışov da Almaniyaya yollanır
"Neftçi"də şok itki - Kapitan 6 aylığa sıradan çıxdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər