Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"İndi mən komandanın 95 faiziylə Azərbaycan dilində danışa bilirəm"
Ötən həftə Azərbaycan Premyer Liqasının 2016/17 mövsümünə start verildi. İlk turda keçən mövsümdə maliyyə böranı keçirən və borclara görə avrokuboklardan kənarda qalan "İnter” son çempion "Qarabağ”ı 2:1 hesabıyla məğlub etdi. "Bankirlər”in son çempionu məğlub etməsi elə ilk turdan onları iddialılar arasına daxil etdi. Klub prezidenti Rəşad Qasımov Komanda.az-a müsahibəsində komandanın yeni mövsümdəki hədəfləri və yeni siyasəti barədə danışdı:
- Rəşad bəy, "İnter” mövsümün ilk turunda son çempion "Qarabağ”ı məğlub etdi. Komandanın qarşısına yeni mövsümdə hansı tələblər qoyulub?
- "İnter” həmişə iddialı klub olub. Həmişə də medallar uğrunda mübarizə aparıb. Bu il də belə olacaq. Başqa hədəfimiz ola da bilməz. İnşallah, gələn mövsümdən Azərbaycanı yenə avrokuboklarda təmsil edəcəyik.
- "Qarabağ”la oyundan sonra komandanın baş məşqçisi Zaur Svanadze çempionluq barədə düşünmədiyini, bunun çox çətin olduğunu dedi.
- General olmaq istəməyən əsgər, əsgər deyil. Biz əsasən, medallar uğrunda mübarizə aparacağıq. Biz öz işimizi görəcəyik. Sonrasında nə olacaq, bunu birlikdə görəcəyik.
- "İnter” həmişə legionerlərin klubu sayılsa da, "Qarabağ”la oyunda əsas heyətdə 9 yerli futbolçu yer almışdı...
- Bu söhbətlər niyə indiyə kimi qalıb, bimirəm. Azərbaycan çempinatında 8 klub var. Hansı klubda çempionatın açılış oyununda heyətdəki futbolçulardan 9-u ölkə himnini oxuyur? AZAL, "Sumqayıt” və "İnter”dən başqa heç birində. Demirəm ki, Azərbaycanda legionerlər olmasın. Bizim futbolumuz o qədər inkişaf etməyib ki, legionerlərə ehtiyac olmasın. Amma Azərbaycan çempionatında yaxşı çıxış etmək üçün "İnter”in kifayət qədər güclü heyəti var. Bu gün avrokuboklarda çıxış edən klublarımızın heyətində çoxlu legionerlər var. Ancaq bu, Azərbaycan çempionatı üçün kifayət deyil. Burda limit var. Bu limitlə çempionatda oynamaq çox çətin olacaq. Hazırda bizim heyətimiz çempionatda oynamaq üçün kifayətdi. Əlbəttə, heyətdə yerli oyunçulara çox üstünlük verməyimizin səbəblərdən biri də, milliyə oyunçu verməkdi.
- Heyətdə yerli oyunçulara daha çox üstünlük verilməsi klubun yeni siyasətidi, yoxsa bu, büdcənin azaldılmasıyla bağlıdı?
- Hər iki amil rol oynayır. Büdcənin azaldılmasının da bunda rolu oldu. Ancaq əsas səbəb bu deyil. Əlindəki imkanla yaxşı heyət qurmağı bacarmalısan.
- Bu heyətin Azərbaycan çempionatı üçün kifayət olduğunu dediz. Komanda avrokuboklar uğrunda mübarizə aparır. "İnter” avrokuboklara vəsiqə qazansa, sizcə, bu heyət orda çıxış etməyə imkan verəcək, yoxsa legionerlərə ehtiyac olacaq?
- Bunu indidən demək mümkün deyil. Avrokubolara vəsiqə qazanaq, ondan sonra bu barədə düşünərik. Hər məqsədə doğru pillə-pillə irəliləmək lazımdı. Məncə, indidən bu barədə düşünmək düzgün olmaz.
- Komandanın həmişə ən böyük problemi azarkeş amiliylə bağlıdı. "İnter”in oyunlarına azarkeşləri cəlb etmək üçün nə isə yeni bir plan nəzərdə tutulub?
- Bu, təkcə bizim yox, Azərbaycan futbolunun problemidi. "Kəpəz”in ev oyunlarından başqa burda dolu tribunalar görməmişəm. Bu, bəlkə də, mentalitetlə bağlı məsələdi. Azarkeşlər çalışırlar ki, həmişə qalib komandaya azarkeşlik etsinlər. Biz də öz qələbəmizlə azarkeşləri stadiona cəlb etməyə çalışacağıq.
- Ancaq "İnter” çempion olduğu vaxtlarda da azarkeş sarıdan korluq çəkirdi...
- Həmin vaxt ola bilsin, komandada legionerlərin çox olması, azarkeşlərin komandaya simpatiyasını azaldırdı. İndi isə vəziyyət fərqlidi. Komandanın əsasını yerli futbolçular təşkil edir. Komandanın yeni formalarını da görmüsüz, üzərində buta təsvir edilib. İndi mən komandanın 95 faiziylə Azərbaycan dilində danışa bilirəm. Bu, sevindirici haldı. Amma ən əsas nəticədi. Nəticə olmadıqdan sonra bunların heç bir əhəmiyyəti yoxdu.
Elnur Həmidov
Oxşar xəbərlər
"Mladost"un baş məşqçisi:"Sabah favorit "İnter"dir"
Nizami Hacıyev:"Onlara futbol maraqlı deyil"
"Kəpəz"in futbolçusu: "Biz yenidən Avropa Liqasına getmək istəyirik"
Adil Şükürov: "Bu, məni də narahat edirdi"
Şahin Diniyev:"İndi turnir cədvəlində daha yaxşı yerdə idik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası