Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Mladost"un baş məşqçisi:"Sabah favorit "İnter"dir"
"İnter" sabah Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Serbiyanın "Mladost" klubu ilə qarşılaşacaq.
Sportfm.az xəbər verir ki, rəqib komandanın baş Nenad Milovanoviç bu gün təşkil olunan oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
O, əvvəlcə matç barədə fikirlərini bildirib:
"Yüksək səviyyədə qarşılanmaya görə təşəkkür edirəm. İlk dəfədir ki, avrokuboklarda çıxış edirik. Serbiyada orta səviyyəli komanda sayılırıq. Avropa Liqasında iştirak bizim üçün yaxşı təcrübədir. Bilirdik ki, "İnter" avrokuboklarda təcrübəlidir. Rəqibin üç yaxşı futbolçusunu tanıyırdıq: Rauf Əliyev, Nizami Hacıyev və Pərdis Fərcad Azad. İlk oyunda çox sürətli hücumlar qurdular. Bizim də şanslarımız oldu.Ancaq rəqib komanda ələ düşən imkanlardan daha yaxşı istifadə etdi və qələbə qazandı. Sabah favorit "İnter"dir. Çalışacağıq, yaxşı oyun göstərək və sübut edək ki, Serbiyada futbolun səviyyəsi kifayət qədər yüksəkdir".
- Qələbə qazanmaq və mərhələ keçmə şansınız neçə faizdir?
- Faizlərlə deyə bilməyəcəm. Biz bura meydanda ora-bura qaçmağa, bayraq yelləməyə gəlməmişik. Futboldu, hər şey ola bilər. Möcüzələrə inanmaq lazımdır.
- İlk oyundakı 3:0 hesablı məğlubiyyətdən sonra Serbiyadakı rəqiblərinizdən biri komandanızla məzələnmişdi. Bundan xəbərdarsınızmı?
- Xəbərim var. Özüm o komandanın baş məşqçisi işləmişəm. Rəqib bizə məğlub olduğu üçün Avropa Liqasından kənar qalmışdı. Onların azarkeşlərinin əksəriyyəti bizi dəstəkləyirlər. Bunu edənlər kiçik bir qrupu təmsil edir.
- Azərbaycanda çoxlu serbiyalı futbolçu çıxş edir. Onlardan "İnter"lə bağlı informasiya almısınızmı?
- Bəziləriylə danışmışam. Ancaq daha çox "instat"dan istifadə edirik və orda "İnter" barədə kifayət qədər informasiya var.
Oxşar xəbərlər
"İnter" "Mladost"a qarşı - YENİLƏNİR
"İnter"in Serbiya planları
Robert Prosineçki:"Oyunda yaxşı çıxış edəcəyinə söz verə bilmərəm"
Zaur Svanadze: "Toplanış komanda üçün faydalı oldu"
Qurban Qurbanov: "Rəqibin daha istəkli olacağını düşünürəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası