Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Araz” legionerlərdən imtina etdi
Futzal üzrə Azərbaycan Yüksək Liqasının qalibi “Araz” klubu legionerlərdən imtina edib.
Sportfm.az xəbər verir ki, buna səbəb Naxçıvan təmsilçisinin strategiyasını dəyişməsidir. Braziliyalılar - Eduardo Borges, Everton Kardoso və Thiaqo Telez Bolinya, eləcə də iranlı Reza Toloue ilə vidaşalan “Araz”, bundan sonra yerli oyunçulara güvənəcək.
13 qat Azərbaycan çempionu bundan sonra gənc azərbaycanlı futzalçılara üstünlük verəcək.
Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Araz” əsas mərhələdə "Luçenec” (Slovakiya), E və F qruplarının qalibi ilə 8-ci qrupda mübarizə aparacaq.
Oxşar xəbərlər
“Araz”ın Çempionlar Liqasındakı oyunlarının vaxtı açıqlandı
Çempionlar Liqasında "Araz"ın rəqibləri müəyyənləşdi
"Araz"da maliyyə böhranı - komandada legioner olmayacaq! - ÖZƏL
"Araz" Çempionlar Liqasında Slovakiya təmsilçisi ilə düşdü
Azərbaycanın futzal millisi Avropa çempionatına Bakıda hazırlaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası