reklam
Debütant millimizin Avropa çempionatındakı oyunları -
Sportfm.az xəbər saytı

Debütant millimizin Avropa çempionatındakı oyunları -TƏQVİM


Yeni yaradılmış mini futbol üzrə millimiz ilk dəfə olaraq mötəbər turnirdə iştirak edəcək.

Sportfm.az xəbər verir ki, avqustun 12-18-i aralığında Ukraynanın paytaxtı Kiyevdə mini futbol üzrə Avropa çempionatı keçiriləcək.

D qrupunda yer almış yığmamızın rəqibləri son dünya çempionları Çexiya, son Avropa çempionatının bürünc medalçısı Macarıstan, eləcə də Serbiya və Türkiyə milliləridir.

Artıq yığmamızın oyun qrafiki də bəllidir. Belə ki, ilk gündə millimiz Bakı vaxtı ilə saat 20:00-da Macarıstanla qarşılaşacaq. Bu matçın başlanmasından bir saat sonra IX Avropa çempionatının açılış mərasimi baş tutacaq.

13 avqustda yığmamız Çexiya ilə görüşəcək. Bu matçın başlanma saatı 23:00-dır. Avqustun 14-də yığmamız istirahət edəcək. Bir gün sonra millimiz Türkiyə ilə (18:00) oynayacaq. Daha sonra yığmamız qrupda son görüşünü avqustun 16-da Serbiyaya qarşı keçirəcək. Bu görüş 21:00-da baş tutacaq.

Dörd qrup qalibləri və qrup ikinciləri avqustun 17-də 1/4 final matçlarına çıxacaq. Avqustun 18-də isə yarımfinal, III yer və final matçları keçiriləcək. Final Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.(oxu.az)

Oxşar xəbərlər

Milimizin Avro-2023-dəki oyunlarının təqvimi
Millimiz Serbiyada ilk məşqinə çıxdı - Avropa çempionatı
Azərbaycan millisi Macarıstana yollandı
Yığmamızın debüt oyunu canlı yayımda
Yığmamız ilk oyununu Polşaya qarşı keçirəcək - AÇ başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər