Milimizin Avro-2023-dəki oyunlarının təqvimi
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin 2023-cü ildə keçiriləcək Avropa çempionatındakı oyunlarının təqvimi bəlli olub.
Sportfm.az xəbər verir ki, Almaniyanın ev sahibliyi edəcəyi C qrupunda yer alan komandamız mübarizəyə avqustun 18-də başlayacaq.
Ardıcıl 10-cu dəfə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin rəqibləri Almaniya, Çexiya, Türkiyə, İsveç və Yunanıstan olacaq.
Yığmamız AVRO-2023-də ilk oyununu Çexiya kollektivinə qarşı keçirəcək. Voleybolçularımız bir gün sonra ev sahibləri ilə üz-üzə gələcəklər. Qrup mərhələsinin 3-cü turunda millimiz Türkiyə ilə qarşılaşacaq. Yarışın növbəti günündə istirahət edəcək komandamız avqustun 22-də Yunanıstanla münasibətlərinə aydınlıq gətirəcək. Yığmamız avqustun 23-də baş tutacaq qrupdakı son matçında isə İsveçə rəqib olacaq. Qrupumuzda mübarizəyə bir gün sonra yekun vurulacaq.
Qeyd edək ki, qrupda ilk dörd yeri tutacaq kollektivlər növbəti mərhələyə yüksələcək.
Oxşar xəbərlər
Millimizin oyunlarının təqvimi bilindi - Avropa çempionatı
Yığmamız qalib gəldi
Voleybolçularımız Tiflisə yola düşdü
Azərbaycan millisi Macarıstana yollandı
Debütant millimizin Avropa çempionatındakı oyunları - TƏQVİM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası