Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Zirə" "Traktor Sazi"yə qalib gəldi
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün növbəti yoxlama matçını keçirib.
Sportfm.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı paytaxt təmsilçisi bu dəfə İranın “Traktorsazi” klubunun U-23 komandası ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib. Qolları İlkin Muradov, Aleksandr Dedov və Mirsahib Abbasov vurub.
Qeyd edək ki, "Zirə" Türkiyədəki bundan əvvəlki yoxlama görüşlərində Qətərin "Əl-Xaritiyah" (1:1) klubu və Türkiyə "Giresunspor"u (0:0) ilə bərabərə qalıb, "Osmanlıspor"a qalib gəlib - 1:0.
Oxşar xəbərlər
"Zirə"nin Türkiyə toplanışı başa çatdı
"Zirə"nin planında dəyişiklik - Təbriz klubu ilə qarşılaşacaqlar
"Zirə" "Osmanlıspor"a qalib gəldi
"Zirə" Türkiyə klubu ilə heç-heçə etdi
"Zirə" ərəbləri uda bilmədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası