reklam
Sportfm.az xəbər saytı

"Zirə"nin Türkiyə toplanışı başa çatdı


“Zirə” Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışını başa vurub.

Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün saat 21:00-da Bolu – İstanbul - Bakı reysi ilə vətənə dönüb.

Qeyd edək ki, iyulun 19-dan Boluda toplanışda olan “Zirə” bu müddətdə 4 yoxlama oyunu keçirib. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Qətərin “Əl-Xaritiya” və Türkiyənin “Girəsunspor” klubları ilə heç-heçə edib – 1:1, 0:0. Həmçinin, yerli “Osmanlıspor”a 1:0, İran “Traktorsazi”sinin U-23 komandasını isə 3:0 hesabı ilə qalib gəlib.

 

Oxşar xəbərlər

"Qəbələ" Türkiyə klubuna qarşı oynayacaq
"Zirə" "Traktor Sazi"yə qalib gəldi
"Zirə"nin planında dəyişiklik - Təbriz klubu ilə qarşılaşacaqlar
"Sabah" Türkiyə klubuna uduzmadı
"Zirə" Türkiyə klubu ilə qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər