reklam
Lafferti niyə
Sportfm.az xəbər saytı

Lafferti niyə "Qarabağ"a gəlmədi? -Məlum oldu


Şotlandiyanın "Harts" klubunun hücumçusu Kayl Laffertinin "Qarabağ"a gəlmək istəməməsinin səbəbi bəlli olub. 

Sportfm.az xəbər verir ki, şimali irlandiyalı hücumçu ailə məsələsinə görə Ağdam klubuna keçmək istəməyib. 30 yaşlı futbolçunun həyat yoldaşı Vanessa Çanq hamilədir. Lafferti dünyaya göz açacaq övladını Şotlandiyada böyütmək istəyir. Bu səbəbdən Lafferti “Qarabağ” və Cənubi Koreyanın “Seul" klubundan gələn təklifdən imtina edib. Lafferti ilə Şotlandiyanın "Reyncers" klubu da maraqlıdır.

Qeyd edək ki, Lafferti ötən mövsüm "Harts"ın heyətində 35 oyuna 12 qol vurub.

Oxşar xəbərlər

Lafferti "Qarabağ"a gələcəkmi?
"Qarabağ" millinin hücumçusu üçün 750 min ödəyəcək?
Baş məşqçisi britaniyalı futbolçunun Azərbaycana köçməsinə qarşıdır
"Qlazqo Reyncers"in futbolçusu Bakıya gəlir
Rəqiblərimiz qələbə qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər