"Qarabağ" millinin hücumçusu üçün 750 min ödəyəcək?
Şimali İrlandiya millisinin və Şotlandiyanın "Harts" klubunun futbolçusu Kayl Laffertinin adı yenidən "Qarabağ"la hallanmağa başlayıb.
Sportfm.az xəbər verir ki, bu barədə “Daily Record” nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, son ölkə çempionumuz 30 yaşlı hücumçunu transfer etmək istəyir. İddiaya görə, Ağdam klubu Çempionlar Liqasında daha yaxşı çıxış etmək üçün heyətini bir neçə futbolçu ilə gücləndirəcək. Həmin futbolçular arasında Laffertinin adı da var.
Lakin Lafferti ilə Cənunbi Koreyanın "Seul" və Şotlandiyanın "Reyncers" klubları da maraqlanır. Qlazqo təmsilçisi hücumçu üçün "Harts"a 200 min funt-sterlinqlik təklif göndərsə də, Stiven Cerrardın baş məşqçisi olduğu komandaya rədd cavabı verilib. "Harts" Laffertini transfer etmək istəyən klubun 750 min funt-sterlinq ödəməli olduğunu qeyd edib.
Qeyd edək ki, Lafferti ötən mövsüm "Harts"ın heyətində 35 oyuna 12 qol vurub.
Oxşar xəbərlər
55 milyon funt-sterlinq ödəməyə hazırdılar
Lafferti niyə "Qarabağ"a gəlmədi? - Məlum oldu
Lafferti "Qarabağ"a gələcəkmi?
Daha bir futbolçu "Qarabağ"a gəlməkdən imtina etdi
"Qarabağ" yenə qapıçı axtarır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin






.jpg)








Misli Premyer Liqası