Ermənistan klubundan UEFA-ya şikayət olundu
Qazaxıstan təmsilçisi "Tobol"un rəhbərliyi Ermənistanın "Pyunik" klubundan UEFA-ya şikayət edib.
Sportfm.az xəbər verir ki, "Tobol" rəsmiləri Avropa Liqasının II təsnifat mərhələsində "Pyunik"lə səfərdə keçirdikləri cavab matçında referinin idarəçiliyindən və oyunun təşkilatçılığından narazıdırlar. Onların fikrincə, baş verənlər nəticəyə təsir edib.
Qazaxıstanlılar texniki zonada yer alan "Pyunik" üzvlərinin idmançıya yaraşmayan hərəkətlərə yol vermələrindən də şikayətçidirlər.
Qeyd edək ki, "Tobol" evdə 2:1 hesabı ilə qalib gəlsə də, səfərdə 1 cavabsız qolla uduzudğu üçün mübarizəni dayandırıb. Ermənistanda baş tutan matçın yekununda "Pyunik"in baş məşqçisi Andrey Talalayev rəqibə ədəbsiz jest göstərib.
Oxşar xəbərlər
3 komanda növbəti mərhələdə - Konfrans Liqası
Emil Balayev baş məşqçisiz qaldı
Emil Balayevli "Tobol"a şok zərbə - VİDEO
Balayevdən Premyer Liqada uğurlu debüt
Rusiyalı baş məşqçi Ermənistanda diskvalifikasiya edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










_1694603125.png)



Misli Premyer Liqası