reklam
Sportfm.az xəbər saytı

"Trabzonspor" "Qəbələ"nin sabiq hücumçusuna elçi düşdü


Türkiyənin "Trabzonspor" klubu "Qəbələ"nin sabiq futbolçusu Leonardo Da Silvanı transfer etmək istəyir.

Sportfm.az xəbər verir ki, azad agent statusuna malik braziliyalı hücumçu ilə ilkin razılığa gəlinib. Hazırda onunla danışıqların tamamlanma mərhələsində olduğu bildirilir. Lakin hələlik "Trabzonspor"dan heç bir açıqlama verilmir.

26 yaşlı forvardın son iş yeri 19 qarşılaşmada 10 qola imza atdığı Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandası olub. "Sambaçı" 2013-2014 mövsümündə çıxış etdiyi "Qəbələ"də 31 oyuna 7 qol vurub. O, karyerasında ən yaxşı oyununu 2016-2017 mövsümündə Serbiya "Partizan"ında sərgiləyib. Da Silva 34 matçda 24 dəfə fərqlənib.

Qeyd edək ki, "Trabzonspor"un hücum xəttində Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev də yer alıb. Lakin gənc forvardın Avstriya "Mattersburq"una icarəyə veriləcəyi bildirilir. (report)

Oxşar xəbərlər

"Qarabağ" "Trabzonspor"un hücumçusuna elçi düşdü - İDDİA
Millimizin futbolçusu Avstriya klubu ilə anlaşdı
Avstriya klubu Şeydayevə təklif göndərəcək
Ramil Şeydayev Bundesliqanın hansı klubuna keçir?
"Qəbələ"nin futbolçusu "Əl-Əhli" klubuna keçdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər