reklam
Qurban Qurbanov:
Sportfm.az xəbər saytı

Qurban Qurbanov:"Bunları müqayisə etmək olmaz"


Sportfm.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ"la BATE (Belarus) arasındakı ilk qarşılaşmadan öncə baş tutan mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- BATE komandamıza nədə çətinlik yarada bilər?

Hamısı meydanda öz yerini yaxşı bilir. Təcrübəli futbolçulardan qurulmuş bir komandadı.

Belarus çempionatı davam edir. Bu amil oyuna təsir edə bilərmi?

Daxili yarışla, belə turnirlər arasında çox fərq var. Bunları müqayisə etmək olmaz. 

- Rəqibin baş məşqçisi bildirib ki, "Qarabağ"a məğlubiyyət onlar üçün sürpriz olacaq. 

- Buna fikir bildirmək düzgün deyil. Başqa komandalar fərqli düşünür, belaruslar isə belə görünür ki, tamamilə ayrı fikirdədi. 

- BATE səfərdə daha yaxşı təsir bağışlayır.

- Bununla razıyam. Biz də səfərdə pis oyun nümayiş etdirmirik. Hər şey meydanda həll olunacaq. 

- Matçın baş hakimi vərəqəyə meylli hesab olunur. Buna qarşı hansısa tədbir görmüsünüzmü?

- Bizim oyunlarda hakim səhvləri çox olub. Ancaq onlarda insandı, səhv edə bilərlər. 

- Belarus mətbuatı öz komandasına inanmır. Siz isə deyirsiniz ki, rəqib çox güclüdür. 

- Onların Finlandiya komandası ilə qarşılamada çoxlu qol epizodları oldu. Təcrübələrini ortaya qoyaraq, mərhələni keçdilər. Belaruslar uzun illərdir avrokuboklarda çıxış edir. 

- Komandamız oyundan fərqlənməyə çətinlik çəkir. 

- Biz bunun üzərində çalışırıq. Amma nəzərə alın ki, qol epizodlarını yaratmaq da asan deyil. 

Oxşar xəbərlər

"Rəqibin orada necə oynayacağını bilmək olmaz" - Qurban Qurbanov
Qurban Qurbanov: "Məğlub olsaq, buna peşəkar biri kimi yanaşacağıq"
Qurban Qurbanov:"Oyundan sonra bu barədə düşündük"
Aleksey Baqa: ""Qarabağ"a məğlubiyyət bizim üçün sürpriz olacaq"
Qurban Qurbanov: "Avtobus qurma dəb halına düşüb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər