reklam
Aleksey Baqa:
Sportfm.az xəbər saytı

Aleksey Baqa:""Qarabağ"a məğlubiyyət bizim üçün sürpriz olacaq"


Sportfm.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ"la BATE (Belarus) arasındakı ilk qarşılaşmadan öncə baş tutan mətbuat konfransında rəqibin baş məşqçisi Aleksey Baqa jurnalistlərin suallarını cavablandırıb:

- "Qarabağ" sizin dişinizə görə rəqibdi?

- Azərbaycan klubu çox güclü rəqibdi. Qurban Qurbanov burda uğurla çalışır. Düşünürəm ki, bütün bu amillərə baxmayaraq, "Qarabağ" dişimizə görə komandadı.

- Əvvəl Finlandiyaya, sonra Azərbaycana səfər etmək çətin olmadı ki?

- Biz artıq belə səfərlərə alışmışıq.

- Ağdam klubunun kapitanı Rəşad Sadıqov bildirib ki, BATE-nin ilk oyunu Bakıda keçirməsi belaruslar üçün üstünlükdü. Bununla razısınız?

- Onunla razılaşmaq olar. Sadıqov çox təcrübəli futbolçudu. 

- Komandamızın Çempionlar liqasının qrupundakı hansı oyunlarını izləmisiniz?

- Bütün görüşlərini seyr etmişəm.

- "Qarabağ"a məğlubiyyəti sürpriz kimi qarşılayacaqsınız?

- Bəli. Biz bacardığımız qədər irəli getmək istəyirik.

 

 

Oxşar xəbərlər

BATE və "Qarabağ"ın ehtimal heyətləri açıqlandı
Aleksey Baqa:"Həm “Qarabağ”a, həm də BATE-yə dünyada diqqət var"
Qurban Qurbanov: "Bunları müqayisə etmək olmaz"
BATE Bakıya 20 futbolçu ilə gəlir - SİYAHI
Əvvəl Baqa, sonra Qurbanov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər