reklam
Sportfm.az xəbər saytı

"Məğlub olmaq niyyətimiz yoxdur"-Hannes Halldorsson


"Çətin oyun oldu. Rəqib sürətli əks hücumlara çıxırdı".

Sportfm.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Hannes Halldorsson Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində doğma meydanda BATE-yə minimal hesabla məğlub olduqları oyundan sonra deyib. 

Təcrübəli qolkiper matç haqda fikirlərini bildirib: "Təəssüf ki, ilk qolu rəqib vurdu və biz fərqlənə bilmədik. Bu da bizim işimizi çətinləşdirdi. Ancaq hələ heç nə başa çatmayıb. Növbəti oyuna ciddi hazırlaşacağıq və qalib gəlmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".  

İslandiyalı əlcək sahibi cavab oyunu haqda danışıb: "Əlbəttə, bizi səfərdə çətin oyun gözləyir.  Rəqibin üstünlüyü var. Ancaq məğlub olmaq niyyətimiz yoxdur.  Hücumlar edəcəyik və istədiyimiz nəticəyə nail olmağa çalışacağıq. Mərhələ adlamaq şanslarımız qalır".  

Hannes "Qarabağ"dakı debütündən danışıb: "Hər şey inanılmazdır. Məğlub olmağımıza baxmayaraq, azarkeşlər bizə dəstək verirdi. Burada ilk oyunum idi və qarşılaşmanın ab-havasından həzz aldım".

Oxşar xəbərlər

"Qalib gələ bilərdik" - Franko Lerda
Qurban Qurbanov: "Məğlub olsaq, buna peşəkar biri kimi yanaşacağıq"
"Nəticə qazanmaq üçün ən yaxşısını etməyə çalışacağıq" - Qurban Qurbanov
"90 dəqiqəlik ağır mübarizə bizi gözləyir" - Stanislav Draqun
Aleksey Baqa:"Həm “Qarabağ”a, həm də BATE-yə dünyada diqqət var"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər