"Qarabağ" ilk turda meydana çıxmayacaq -PFL onların istəyini müsbət cavabladı
Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edib.
Sportfm.az xəbər verir ki, “Qarabağ” ÇL-in 3-cü təsnifat mərhələsinin BATE ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün 1-ci turunda keçirilməli olan “Zirə” ilə görüşün təxirə salınmasını xahiş edib.
“Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan Peşəkar Futbol Liqası 1-ci turun təqvimində aşağıdakı dəyişikliklə bağlı qərar qəbul edib:
Topaz Premyer Liqasının 1-ci turunun “Qarabağ” - “Zirə” matçı 10 avqust tarixdən, 26 sentyabr tarixə keçirilsin.
“Qarabağ” Bakıda keçirilən ilk oyunda BATE-yə 0:1 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
"Keşlə" - "Qarabağ", "Zirə" - "Qəbələ" matçlarının vaxtı dəyişdirildi
"Sumqayıt" - "Qarabağ" matçının məkanı dəyişdirildi
Gözlənilən oldu: "Qarabağ" - "Neftçi" oyununun vaxtı dəyişdirildi
PFL təqvimdə dəyişiklik etdi
“Qarabağ” – “Neftçi” matçının vaxtı dəyişdirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası