“Qarabağ” – “Neftçi” matçının vaxtı dəyişdirildi
Ölkəmizi Çempionlar Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edib.
Sportfm.az xəbər verir ki, klub İtaliyanın “Roma” komandası ilə matça daha yaxşı hazırlaşmasını əsas gətirərək Topaz Premyer Liqasının XIV turunda və Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirəcəyi oyunların vaxtının dəyişdirilməsini xahiş edib. PFL “Qarabağ”ın Azərbaycanı Avropada təmsil etdiyini və klubların razılıq məktubunu rəhbər tutaraq aşağıdakı qərarları qəbul edib:
Topaz Premyer Liqasının XIV turunun “Qarabağ” – “Neftçi” matçı 2 dekabr tarixdən 1 dekabr tarixə keçirilsin.
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – “Qaradağ Lökbatan” və “Neftçi” – “Zaqatala” matçları 29 noyabr tarixdən 28 noyabr tarixə keçirilsin.
Oxşar xəbərlər
"Sumqayıt" - "Qarabağ" matçının məkanı dəyişdirildi
Gözlənilən oldu: "Qarabağ" - "Neftçi" oyununun vaxtı dəyişdirildi
"Qarabağ" ilk turda meydana çıxmayacaq - PFL onların istəyini müsbət cavabladı
PFL təqvimdə dəyişiklik etdi
"Neftçi" PFL-ə müraciət etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası