reklam
Azərbaycan Riqada keçirilən şahmat festivalında
Sportfm.az xəbər saytı

Azərbaycan Riqada keçirilən şahmat festivalında


Latviyanın paytaxtında “Riqa Texniki Universiteti Open-2018” turniri başlanıb.

Sportfm.az xəbər verir ki, yeddi turnirdən ikisində vaxta nəzarət klassik qaydada aparılır. İsveçrə sistemi üzrə keçirilən bu turnirlər 9 turdan ibarətdir.

Əsas turnirdə 35 ölkədən 260 şahmatçı, o cümlədən 25 qrossmeyster iştirak edir. Azərbaycanı festivalda FIDE ustası Vüqar Manafov və Rasim Mehdiyev təmsil edir. Üç turdan sonra A turnirində hərəyə 3 xal toplamış 9 şahmatçı liderlik edir. Otuz səkkiz şahmatçı, o cümlədən Vüqar Manafov onlardan yarım xal geri qalır.

Festivalın proqramına klassik şahmatla yanaşı, blits və sürətli şahmat yarışları da daxildir. Qeydiyyatdan keçmiş iştirakçıların sayı 700-dən çoxdur.

Oxşar xəbərlər

Yunanıstanda dünya birinciliyi start götürdü
Şahmat festivalında ölkəmizin şərəfini Məmmədyarovlar qoruyur
İsgəndərov Türkiyə turnirində liderliyini davam etdirir
Fiqurlarla lider olan azərbaycanlı
Fuad Cəfərov Memorialının Masters turnirində 22 şahmatçı iştirak edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər