"Milan"dan iki önəmli transfer
"Milan" önəmli olan iki transfer reallaşdırdı.
Sportfm.az xəbər verir ki, "qırmızı-qaralar" "Cenoa"dan Dieqo Laksaltla "Vilyarreal"dan Samu Kastilyexonu transfer edib. Uruqvay millisinin sol cinah müdafiəçisi olan Laksaltın transferi 14+4 milyon avroya başa gəlib. Dünya çempionatındakı çıxışı ilə parlayan Laksalt öncə "Zenit"lə razılaşsa da, "Milan"dan aldığı təklifdən sonra qərarını dəyişib.
Bundan əlavə rossyonerlilər "Vilyareal"ın yarımmüdafiəçisi Kastilyexonu satın alma şərtiylə icarəyə götürüb. "Milan" mövsümün sonunda 19 milyon avro ödəyərək, 23 yaşlı futbolçunu mütləq transfer etməlidir. Əvəzində kolumbiyalı hücumçu Karlos Baka "sarı sualtı qayığ"da icarə əsasında çıxış edəcək.
Laksalt ötən mövsüm 34 oyuna 4 qol vurub, 3 assist edib. Kastilyexo isə 6 qol vurub, 8 assist edib.
Oxşar xəbərlər
Koutinyo klubunu dəyişdi - FOTO
"Barselona" Koutinyonu icarəyə verdi
Poqbanın transfer qiyməti müəyyənləşdi
"Milan"dan 35 milyon avroluq transfer
"Barselona" 2 milyon avroya transfer etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası