reklam
Bundesliqa klubu baş məşqçisini istefaya göndərdi
Sportfm.az xəbər saytı

Bundesliqa klubu baş məşqçisini istefaya göndərdi


Azərbaycan millisinin futbolçuları Ramil Şeydayev və Araz Abdullayevi transfer etmək istəyən Avstriyanın "Mattersburq" klubu əsas komandanın baş məşqçisi Gerald Baumqartneri istefaya göndərib.

Sportfm.az xəbər verir ki, 54 yaşlı avstriyalı mütəxəssis uğursuz nəticələr səbəbi ilə vəzifəsindən uzaqlaşdırılıb. Komanda müvəqqəti olaraq Mattersburq təmsilçisinin həvəskarlardan ibarət kollektivinə rəhbərlik edən Markus Şmidtə tapşırılıb.

"Mattersburq" Bundesliqanın sonuncu - IV turunda evdə "Volfsberq"ə 0:6 hesabı ilə uduzub. Komanda 3 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Şeydayev artıq Rusiyanın "Krılya Sovetov" klubu ilə 1 illik müqavilə bağlayıb. Abdullayev isə hələ də komanda axtarışındadır.

Oxşar xəbərlər

Ramil Şeydayev "Trabzonspor"dan ayrıldı: növbəti dayanacağı hara olacaq?
Abdullayev Bundesliqa klubunda
Bundesliqa klubu Şeydayevlə bağlı açıqlama verdi
Şeydayevin transferi niyə yubanır? - Səbəbi bilindi
Ramil Şeydayev Bundesliqanın hansı klubuna keçir?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər