Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Ronaldo bütün təriflərə layiqdir" -Ueyn Runi
Karyerasını ABŞ-ın "Di-Ci Yunayted" klubunda davam etdirən Ueyn Runi Kriştiano Ronaldonun "Yuventus"a transferi haqda fikirlərini bildirib.
Sportfm.az xəbər verir ki, Runi bu mövsüm ÇL-i "Yuventus"un qazanacağını bildirib. O, Amerika mətbuatına açıqlamasında bunları deyib:
"Ronaldo 10 ildir nə edirsə, yeni eynisini edəcək. "Yuventus"un Ronaldonu transfer etdiyini nəzərə alsaq, bu il onlar Çempionlar Liqasını qazanacaq. Ronaldo edilən bütün təriflərə layiqdir".
Runi Ronaldo ilə birlikdə 2004-2009-cu illər aralığında "Mançester Yunayted"in formasını geyinib.
Oxşar xəbərlər
Ronaldo "Yuventus"u çətin vəziyyətdə qoydu - Tənqid
Ronaldo "Mançester Yunayted"ə qayıdacaq
"Mançester Yunayted" Ronaldonu rənglərinə qatmaq istəyir
Ronaldo haqqında daha bir iddia - transfer olunur
"Barselona"nın futbolçusu: "Ronaldo "Qızıl top"u qazanmağa layiqdir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası