reklam
Ronaldo
Sportfm.az xəbər saytı

Ronaldo "Mançester Yunayted"ə qayıdacaq


"Yuventus"un futbolçusu Kriştiano Ronaldo "Mançester Yunayted"ə qayıda bilər.
Sportfm.az xəbər verir ki, İngiltərə klubunun sponsoru "Chevrolet" avtomobil şirkəti portuqaliyalı hücumçunun transferi üçün pul ödəməyə hazırdır.

Amerika avtomobil şirkəti, Ronaldonun Turin təmsilçisinin sponsoru və Chevrolet-in rəqibi olan Jeep-ə müsbət təsirini düşünür. 35 yaşlı futbolçunun "Yuventus"a transfer olunmasından bir həftə sonra klubun səhmləri də Milan Birjasında 30 faiz artıb.

Bildirilib ki, Chevrolet 35 yaşlı Ronaldonun "Mançester Yunayted"ə mümkün qayıdışını yaxşı bir  addım hesab edir və buna görə bu transferə sponsorluq etməyə hazırdır.

Xatırladaq ki, Kriştiano 2003-2009-cu illərdə "Mançester Yunayted"də oynayıb və üçqat İngiltərə çempionu və Çempionlar Liqasının qalibi olub.

Oxşar xəbərlər

Ronaldo "Mançester Yunayted"ə qayıtdı - RƏSMİ
"Mançester Yunayted" Ronaldonu rənglərinə qatmaq istəyir
Ronaldonu transfer etmək istəyirlər
Ronaldo haqqında daha bir iddia - transfer olunur
"Ronaldo bütün təriflərə layiqdir" - Ueyn Runi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər