reklam
Sportfm.az xəbər saytı

"Azərbaycanla oyunda yaxşı nəticə qazanacağımıza inanıram" -Rəqibin baş məşqçisi


"İyul ayında Avstriyada keçirdiyimiz təlim-məşq toplanışı mükəmməl oldu. Futbolçularım yoxlama oyunlarda özlərini yaxşı tərəfdən göstərdilər. Eyni zamanda onlardan nə istədiyimi yaxşı başa düşdülər".
Sportfm.az xəbər verir ki, bu sözləri Malta millisinin baş məşqçisi Rey Farruciya deyib.

O, "Times of Malta"ya açıqlamasında Millətlər Liqasında Farer Adaları və Azərbaynla keçiriləcək görüşlər haqqında danışıb: "Millətlər Liqasını səbirsizliklə gözləyirəm. Hər zaman pozitiv olmuşam. Azərbaycan və Farer Adaları ilə oyunlarda yaxşı nəticə qazanacağımıza inanıram. Əsas odur ki, futbolçularımız qarşıdakı oyunlara peşəkarlıqla yanaşırlar və bütün mümkün şanslardan istifadə edəcəklər ki, ölkəmizi Millətlər Liqasında layiqincə təmsil etsinlər".
R.Farruciya komandanın bir neçə aparıcı futbolçusunun zədəsini sağaldaraq, sıraya döndüyünü bildirib: "Sevinirəm ki, bizimlə Avstriya toplanışında iştirak etməyən Zak Muskat, Yohan Beççina, Rayan Fenek Andre Şkembri və Jan-Pol kimi futblçularımız komandaya qoşulub".
Qeyd edək ki,  Malta  sentyabrın 7-də səfərdə, Farer adaları ilə, üç gün sonra isə evdə  Azərbaycan millisi ilə qarşılaşacaq.(qol.az)

Oxşar xəbərlər

"Malta - Azərbaycan oyununun nəticəsi bizim üçün əlverişli oldu" - Kosovonun baş məşqçisi
Maksim Medvedev: "Kosovo 2-3 ildən sonra bizimlə yox, daha reytinqli komandaların liqasında olacaq"
Maltanın məşqçisi: "Millətlər Liqasına macəra kimi baxırıq"
Malta millisi yığmamızla oyun üçün heyətini açıqladı
Baş məşqçi Azərbaycan və Ermənistanı müqayisə etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər