reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" - "Şerif" matçına nə qədər bilet satılıb?


Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Şerif” (Moldova) oyununa bilet satışı davam edir. 

Sportfm.az xəbər verir ki, avqustun 30-da keçiriləcək qarşılaşmaya artıq 12 min bilet satılıb. Bu barədə klubun mətbuat xidmətindən saytımıza məlumat verilib. 

“Qarabağ” - “Şerif” qarşılaşması aqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq. 

“Qarabağ” səfərdə keçirilən ilk oyunda 0:1  hesablı məğlub olub.

Qeyd edək ki, bilet satışı Bakıda Respublika stadionun kassalarında, Qarabağ FK fan-şopda (Park Bulvar), 28 Mall ticarət mərkəzində və Sumqayıtda həyata keçirilir. Bununla yanaşı, azarkeşlər iticket.az saytından onlayn olaraq da biletləri əldə edə bilərlər.

 

Oxşar xəbərlər

“Qarabağ” – “Frayburq” matçına 20 min bilet satıldı
"Qarabağ" - "Vorskla": nə qədər bilet satılıb?
Sumqayıtda ənənə bərpa olundu
"Qarabağ"ın oyununa 50 manatlıq bilet
“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər