reklam
Sumqayıtda ənənə bərpa olundu
Sportfm.az xəbər saytı

Sumqayıtda ənənə bərpa olundu


“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Moldovanın “Şerif” klubuna qarşı keçirəcəyi cavab oyununun bilet satışı Bakı şəhərinin 3 nöqtəsində davam edir. 

Sportfm.az xəbər verir ki, Sumqayıt şəhərində yaşayan “Qarabağ” azarkeşlərinin çoxluğunu nəzərə alan Ağdam klubu bu gün saat 19:00-dan etibarən Sumqayıt şəhərində yerləşən "Bazarstore-1"də bilet satışına start verib. 

Qeyd edək ki, bilet satışı Bakıda Respublika stadionun kassalarında, Qarabağ FK fan-şopda (Park Bulvar) və 28 Mall ticarət mərkəzində həyata keçirilir. Bununla yanaşı, azarkeşlər iticket.az saytından onlayn olaraq da biletləri əldə edə bilərlər. 

“Qarabağ” - “Şerif” matçı avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında Moldovada baş tutan ilk oyun rəqibin 1:0 hesablı qələbəsiylə başa çatıb.

Oxşar xəbərlər

“Qarabağ” – “Frayburq” matçına 20 min bilet satıldı
Qarabağ - Linfield matçına neçə bilet satıldı?
"Qarabağ" - "Şerif" matçına nə qədər bilet satılıb?
"Qarabağ"ın oyununa 50 manatlıq bilet
"Qarabağ" - "Kukesi" matçına neçə bilet satıldı?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər