"Atletiko"nun prezidenti "Qarabağ"ın adını unutdu
Madrid "Atletiko"sunun prezidenti Enrike Serezo Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasından öncə açıqlama verib.
Sportfm.az xəbər verir ki, klub başqanı ötən mövsüm ÇL-dəki uğursuz çıxışlarını xatırladıb. O, "Qarabağ"la matçlardakı xal itkisini yada salıb, lakin Ağdam təmsilçisinin adını unudub:
"Bütün komandalara qarşı diqqətli olmalıyıq. Bizim ötən il təcrübəmiz var. Adını xatırlamadığm bir klub qrup mərhələsində hər iki oyunda bizi büdrətdi. Bu il isə daha məşhur komandaları gözləyirik ki, qalib gələk".
Qeyd edək ki, ötən mövsüm "Qarabağ", "Atletiko", "Roma" və "Çelsi" klubları Çempionlar Liqasının C qrupunda mübarizə aparıblar. "Atletiko" "Qarabağ"la oyunlarda heç-heçə etmişdi (0:0, 1:1). Madrid klubu Avropa Liqası turnirində mübarizə apararaq, qalib olmuşdu.
Oxşar xəbərlər
“Qarabağ”dan paylaşım: "Tarix rəqəmlərlə deyil, zəfərlərlə yazılır!" - VİDEO
“Qarabağ” “Atletiko” ilə heç-heçədən qazandıqları
"Qarabağ" Çempionlar Liqasında çətin sınaq qarşısında!
"Qarabağ" hörmət ediləsi rəqibdir" - Françesko Totti
"Qarabağ" ilk səfərini Londona edəcək - təqvim bəlli oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Qaradağ Lökbatan” “Şəki”ni böyük hesabla uddu - Azərbaycan Kuboku
-
Zelim finalda uduzdu, Ömər bürünc medal qazandı - Dünya çempionatı
-
"Antalyaspor" millimizlə oynayacaq
-
“Gəncə” ilk oyununda məğlub oldu - FIBA Avropa Kuboku
-
"Onlar məni dünya çempionu etdilər" - Messi
-
Bu gün daha 3 qarşılaşma keçiriləcək - Azərbaycan kuboku













Misli Premyer Liqası