reklam
Mxitaryana Bakıya gəlmək üçün viza veriləcəkmi? -
Sportfm.az xəbər saytı

Mxitaryana Bakıya gəlmək üçün viza veriləcəkmi? -XİN-dən açıqlama


"Biz futbol proseslərini qabaqlamaq istəməzdik. Sözügedən komandaların tərkibi ilə bağlı məlumat daxil olduqdan sonra məsələyə baxılıb, konkret münasibət bildirilə bilər".

Sportfm.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıya - “Qarabağ”la oyuna gəlməsinə rəsmi Bakının icazə verib-verməyəcəyi məsələsinə münasibətini bildirərkən deyib. 

XİN sözçüsü deyib ki, Azərbaycan dünyanın idman ölkəsidir və ölkəmizdə keçirilən beynəlxalq səviyyəli idman yarışlarında Ermənistan vətəndaşlarının, o cümlədən, digər ölkələrin erməni əsilli vətəndaşlarının iştirakı dəfələrlə baş tutub.

“Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər isə sırf hüquqi məsələdir”, - deyə H.Hacıyev əlavə edib.

Oxşar xəbərlər

UFC prezidentinə etiraz məktubu göndərildi - Təxribatçı erməniyə görə
"İki dəfə Azərbaycana qanuni yolla gəlməkdən imtina edib"
"Arsenal" Mxitaryanı Bakıya gətirmir - Açıqlandı
Henrix Mxitaryan Bakıya gətiriləcək?
"Qarabağ"ın siyasi şahmat adlandırılması yanlışdır" - RƏSMİ AÇIQLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər