reklam
III Dünya Köçəri Oyunlarının rəsmi açılış mərasimi oldu -
Sportfm.az xəbər saytı

III Dünya Köçəri Oyunlarının rəsmi açılış mərasimi oldu -FOTO


Qırğızıstanın İssık-Kul gölünün sahilində yerləşən Baktuu-Dolonotu kəndindəki cıdır meydanında üçüncü Dünya Köçəri Oyunlarının rəsmi açılış mərasimi olub.

Sportfm.az xəbər verir ki, mərasimində Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Macarıstanın Baş naziri Viktor Orban və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov iştirak ediblər.

Sooronbay Jeenbekov dövlət başçılarını, fəxri qonaqları və meydana toplaşanları bu idman bayramı münasibətilə təbrik edib, idmançılara uğurlar arzulayıb.

Qırğızıstan Prezidenti bildirib ki, birinci Dünya Köçəri Oyunları 2014-cü ildə, ikincisi isə 2016-cı ildə keçirilib. Bugünkü yarışlara isə dünyanın 60-dan artıq ölkəsindən 3 minə yaxın idmançı qatılıb. Onlar idmanın 37 etnik növü üzrə yarışlarda mübarizə aparacaqlar.

S.Jeenbekov deyib ki, bu gün Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammiti keçiriləcək və həmin tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, qonaq qismində isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak edəcək.

Prezident qeyd edib ki, dördüncü Köçəri Oyunları Türkiyədə keçiriləcək.

Sonra Köçəri Oyunlarına qatılan idmançılar öz ölkələrinin bayraqları ilə tribunanın qarşısından keçiblər.

Açılış mərasimi at yarışları və səhnələşdirilmiş konsert proqramı ilə başa çatıb.

Xatırladırıq ki, Oyunlarda Azərbaycanı məşqçilərlə birlikdə 39 idmançı təmsil edir.

Oxşar xəbərlər

Şahmat Festivalının açılış mərasimi keçirildi
Prezident İlham Əliyev idman mərasimində iştirak edib
37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirildi
III Dünya Köçəri Oyunlarında Azərbaycan da təmsil olunacaq
Prezident İlham Əliyev 2016-cı ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib -FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər