Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
III Dünya Köçəri Oyunlarında Azərbaycan da təmsil olunacaq
Sentyabrın 2-dən 8-dək Qırğızıstanda, İssık-Kul gölünün sahillərində III Dünya Köçəri Oyunları keçiriləcək.
Sportfm.az xəbər verir ki, oyunlarda etnoidmanın 37 növü üzrə yarışlar keçiriləcək. Bu yarışlarda 80 ölkədən 3 mindən artıq idmançı iştirak edəcək.
Yarışlarda Azərbaycan da geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunacaq.
Bu idman bayramının açılış mərasimində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin dövlət başçılarının da iştirakı gözlənilir.
Xatırladaq ki, I Dünya Köçəri Oyunları 2014-cü ildə, II Oyunlar isə 2017-ci ildə İssık-Kulda keçirilib.
Oxşar xəbərlər
Azərbaycan idmançıları Kazana gəldi - MDB Oyunları
Azərbaycan ilk dəfə bu Olimpiadada mübarizə aparacaq
Gürcüstan idmançıları Qarabağda keçiriləcək “turnir”ə qatılacaqlarmı? - Açıqlama
Azərbaycanı Avropa Oyunlarında 80 idmançı təmsil edəcək
III Dünya Köçəri Oyunlarının rəsmi açılış mərasimi oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası