reklam
Sportfm.az xəbər saytı

"Bakıdakı dünya çempionatında ən yaxşı təşkilatçılıq gözləyirik”


“Dünya çempionatı üçün hazırlıq plana uyğun şəkildə davam edir. Heç bir idmançımız zədəli deyil. Hədəfimiz Bakıda 2 medal qazanmaqdır”.
Sportfm.az xəbər verir ki, bunu İsveç Cüdo Federasiyasının baş katibi Erik Vesterlund Bakıda keçiriləcək dünya çempionatına hazırlıqla bağlı danışarkən deyib. O, bildirib ki, kişilərin yarışında 73 kq çəki dərəcəsində çıxış edən Tommi Masias və qadınların mübarizəsində 70 kq çəkidə yarışdan Anna Bernholmdan medal gözləyirlər. 
O, dünya çempionatının yüksək təşkilatçılıq şəraitində keçəcəyinə əminlik ifadə edib: “Komandamız rəqiblər haqda lazımı məlumatlara malikdir. Bakıda yarışda ən yaxşı təşkilatçılıq gözləyirik”.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.

 

Oxşar xəbərlər

Cüdo üzrə dünya çempionatının püşkü atıldı
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirildi
Fransanın titullu cüdoçusu: "Bakıda yenidən dünya çempionu olmağa çalışacağam" - FOTO
"Bakıdakı dünya çempionatında əla təşkilatçılıq gözləyirəm"
Yunanıstan dünya çempionatında 4 idmançı ilə təmsil olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər