reklam
Hazırlığın son mərhələsi başladı -
Sportfm.az xəbər saytı

Hazırlığın son mərhələsi başladı -DÇ üçün


Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası qarşıdan gələn dünya çempionatı öncəsi hazırlığın son mərhələsinə start verib.

Sportfm.az xəbər verir ki, baş məşqçi Məhəmməd Bəna, həmçinin məşqçilər Bəhruz Həzrətipur və Rəsul Cəzininin rəhbərliyi altında təşkil olunan toplanışda əsas diqqət taktiki-texniki çalışmaların təkmilləşdirilməsinə və rəqiblərin ətraflı təhlilinə yönəldilib.

Təlim-məşq prosesinə dəvət edilən pəhləvanların heyəti aşağıdakı kimidir:

55 kq: Eldəniz Əzizli, Emin Cavadlı

60 kq: Murad Məmmədov, Nihad Quluzadə

63 kq: Nihat Məmmədli, Tural Əhmədov

67 kq: Həsrət Cəfərov, Məhəmməd Qasımzadə

72 kq: Ülvü Qənizadə, Fəraim Mustafayev

77 kq: Sənan Süleymanov, Davud Məmmədov, Cavidan Nehmətov

82 kq: Qurban Qurbanov

87 kq: İslam Abbasov, Laçın Vəliyev, Emil Abasov

97 kq: Murad Əhmədiyev

130 kq: Sərxan Məmmədov, Beka Kandelaki

Qazaxıstanın paytaxtı Astanada keçiriləcək dünya çempionatında yunan-Roma güləşçilərinin mübarizəsi oktyabrın 24-dən 27-dək davam edəcək.

Oxşar xəbərlər

Millilərimiz reytinq turnirində
Millimizin toplanışı başladı
Güləşi millimiz bu gün növbəti toplanışına başladı
Güləşçilərimiz reytinq turnirində çıxış edəcək
Azərbaycan yunan-Roma güləşçilərinin rəqibləri bilindi - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər