Çin millisi Bakıya tam heyətlə gələcək
Çin millisi Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına tam heyətlə qatılacaq.
Sportfm.az xəbər verir ki, Bakı mundialında 18 çinli cüdoçu tatami üzərinə çıxacaq.
Məşqçilər korpusu dünya çempionatında kişilərin yarışında Yi Şanq (60 kq), Jiqianq Vu (66 kq), Daqa Qinq, Honqyuan Fanq (hər ikisi 73 kq), Riqaqi Nai (81 kq), Hebiliqe Bu, Sueven Vanq (hər ikisi 90 kq), Huilin Lu (100 kq) və Şaotonq Yuana (100 kq-dan yuxarı) şans verəcək.
Qadınların mübarizəsində isə Yao Sionq (48 kq), Şuqen Vu (52 kq), Tonqjuan Lu, Ven Janq (hər ikisi 57 kq), Junsia Yanq (63 kq), Zi Yan (70 kq), Jenjao Ma (78 kq), Yan Vanq və Sin Su (hər ikisi 78 kq-dan yuxarı) birincilik uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək.
Oxşar xəbərlər
Yunanıstan dünya çempionatında 4 idmançı ilə təmsil olunacaq
Dünya çempionatında Belçikanı yeddi cüdoçu təmsil edəcək
Serbiya millisinin dünya çempionatı üçün heyəti açıqlandı
Zambiya millisinin dünya çempionatı üçün heyəti açıqlandı
Portuqaliya millisinin dünya çempionatı üçün heyəti açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası