Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Britaniyanın Olimpiya yığmasının simvolu Rioda ölümcül xəstəliyə tutuldu - FOTO
Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi, şahzadə Çarlinin yeni sevgilisi olduğu iddia edilən teleaparıcı, 33 yaşlı Çarli Uebster Yay Olimpiya Oyunlarının keçirildiyi Rio-de-Janeyro şəhərində ölümcül xəstəliyə yoluxub. Malyariyanın çox ağır və kəskin formasına tutulmuş teleaparıcı şəhərdəki hospitallardan birinə aparılıb. Sportfm.az Daily Mail-ə istinadən xəbər verir ki, hospitalın intensiv terapiya bölməsinə yerləşdirilmiş Ç.Uebster koma vəziyyətindədir. Onun anası, qardaşı və bacısı Rioya yollanıblar.
"Sky Sports News" telekanalının aparıcısı Britaniyanın Olimpiya yığmasının simvollarından biridir.
Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimində qəflətən özünü pis hiss edən Ç.Uebster 10 gün əvvəl xəstəxanaya yerləşdirilib. Həkimlərin dediklərinə görə, Çarli Uebster malyariya xəstəliyinin çox nadir ştammına yoluxub.
Oxşar xəbərlər
Nadir Qasımov koronavirusa yoluxdu
Olimpiya Oyunlarının yeni loqosu təqdim olundu - FOTO
Olimpiya Oyunlarının keçiriləcəyi Pxençxanda 36 nəfər virusa yoluxdu
Rio-de-Janeyro Olimpiya Oyunlarının qalibindən dopinq tapıldı
Avropa Olimpiya Komitəsinin prezidenti həbs edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Gəncəbasar” – MOİK oyununun hakimləri məlum oldu - I Liqa
-
Azərbaycanlı güləşçiyə ağır cəza
-
Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək - “Sabah” - “Barselona” matçına görə
-
Norveç rusiyalı idmançıları ölkəyə buraxmadı
-
Marşrutların hərəkət sxemi dəyişdirilir - “Sabah”a görə
-
“Zəngəzur” “İstanbul”a uduzdu - UEFA Regionlar Kuboku















Misli Premyer Liqası