reklam
Sportfm.az xəbər saytı

"Qrupda ən yaxşı komanda olduğumuzu deyirlər" -Bernard Şalland


"Mən daha öncə bildirmişdim ki, qrupumuzun favoriti Azərbaycandır. Amma indi görürük ki, Farer adalarının da yaxşı şansı var. Onlar ilk oyunda qalib gəlməklə uğurlu start verdilər".

Sportfm.az xəbər verir ki, bu sözləri Kosovo millisinin baş məşqçisi Bernard Şalland UEFA Millətlər Liqasında Farer adalarına qarşı keçirəcəkləri oyundan öncə deyib. İsveçrəli mütəxəssis Maltadan başqa digər 3 komandanın qrupdan lider kimi çıxa biləcəyini bildirib: "Farer adalarının Malta ilə oyununa baxdım. Rəqibimiz çox gözəl təsir bağışladı. Bu komandaya böyük hörmətlə yanaşıram, amma evdə böyük şou göstərmək istəyirik. Kosovo, Azərbaycan və Farer adalarının lider olmaq şansı var".

Şalland hücum futbolu oynayacaqlarını bildirib: "İnsanlar qrupda ən yaxşı komanda olduğumuzu deyirlər və onlara görə, biz bütün oyunları udmalıyıq. Farer adaları ilə oyunda hücum futbolu oynayacağıq və qələbə üçün çalışacağıq. Azərbaycanla oyunda hücum futbolu oynaya bilməmişdik. Daha çox müdafiəyə fikir verdik. Çətin səfər matçında uduzmamaq vacib şərt idi".

Qeyd edək ki, Kosovo qrupda ilk oyunu Bakıda millimizə qarşı keçirib və 0:0 hesablı-heçəyə razılaşıb. Farer adaları isə evdə Maltanı məğlub edib - 3:1. 

Kosovo - Farer adaları matçı Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Oxşar xəbərlər

Azərbaycan millisi Farer adalarına qarşı - Millətlər Liqası
UEFA Millətlər Liqasında III tura start veriləcək
"Azərbaycana qalib gəlmək istəyirik" - Lars Olsen
"Malta - Azərbaycan oyununun nəticəsi bizim üçün əlverişli oldu" - Kosovonun baş məşqçisi
Maltanın məşqçisi: "Millətlər Liqasına macəra kimi baxırıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər