reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"li Atakora Afrikada fərqləndi


“Qəbələ”nin futbolçusu Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib.

Sportfm.az xəbər verir ki, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin D qrupunun II turunda iştirak edib. Lalavelenin heyətində yer aldığı Toqo millisi öz meydanında Beninlə qarşılaşıb. Görüş 0:0 hesabı ilə başa çatıb. Start heyətində yer alan Atakora 90 dəqiqə meydanda olub. Yarımmüdafiəçi matçın 43-cü dəqiqəsində sarı vərəqə alıb.

İki turdan sonra hesabında 1 xal olan toqolular 4-cü pillədə qərarlaşıb. Atakoranın komandası oktyabrın 10-da keçiriləcək növbəti turda evdə Qambiya ilə üz-üzə gələcək.

Oxşar xəbərlər

"Qəbələ" və "Keşlə"nin futbolçuları yenə rəqib oldular
"Qəbələ"nin legioneri millidə 90 dəqiqə oynadı
"Keşlə"nin futbolçusu Əlcazairlə oyunda iştirak etdi
"Qəbələ"nin futbolçusu Toqo millisində
"Qəbələ" Toqo millisinin üzvünü transfer etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər