Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qəbələ"nin legioneri millidə 90 dəqiqə oynadı
“Qəbələ”nin futbolçusu Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib.
Sportfm.az xəbər verir ki, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin D qrupunun 2-ci turunda iştirak edib.
Lalavelenin heyətində yer aldığı Toqo millisi öz meydanında Beninlə qarşılaşıb. Görüş 0:0 hesabı ilə başa çatıb.
Start heyətində yer alan Atakora 90 dəqiqə meydanda olub. O matçın 43-cü dəqiqəsində sarı vərəqə alıb.
İki turdan sonra hesabında 1 xal olan toqolular 4-cü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
"Qəbələ" və "Keşlə"nin futbolçuları yenə rəqib oldular
"Qəbələ"li Atakora Afrikada fərqləndi
"Keşlə"nin futbolçusu Əlcazairlə oyunda iştirak etdi
"Qəbələ"nin futbolçusu Toqo millisində
"Qəbələ" Toqo millisinin üzvünü transfer etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası