reklam
Boksçu prezident olmaq fikrinə düşdü
Sportfm.az xəbər saytı

Boksçu prezident olmaq fikrinə düşdü


Dünya Boks Şurasının (WBC), Beynəlxalq Boks Federasiyasının (IBF) və Dünya Boks Təşkilatının (WBO) versiyaları üzrə müxtəlif çəki dərəcələrində keçmiş dünya çempionu Oskar de la Xoyya 2020-ci ildə ABŞ prezidenti vəzifəsinə seçkilərdə öz namizədliyini irəli sürmək fikrindədir.

Sportfm.az xəbər verir ki, De la Xoyya TMZ xəbər portalına müsahibəsində deyib: “Mən peşəkar boksçu olandan bəri milyonlarla insan məndən soruşub, nəyə görə mən seçkilərdə onları təmsil etməyə cəhd göstərməyim? Nəyə görə mən ayağa qalxıb öz səsimi ucaltmayım? Axı aşkar görünür ki, sən yalnız prezident olmaqla ən çox sayda insanlara yol tapa bilərsən”.

Keçmiş boksçu nümunə kimi prezidentlik ambisiyalarını bəyan etmiş repçi Kanye Uestin adını çəkib.

Vaxtilə ən güclü boksçulardan biri olmuş de la Xoyya yüngül çəki dərəcəsindən orta çəki dərəcəsinə qədər müxtəlif çəki dərəcələrində çıxış edib. Peşəkar rinqdə 45 döyüş keçirən de la Xoyya həmin döyüşlərdən 39-da (o cümlədən 30-da nokautla) qalib gəlib və 6 dəfə məğlub olub. Atlet boksçu karyerasını başa çatdırandan sonra promouter fəaliyyəti ilə məşğul olmağa başlayıb.

Qeyd edək ki, ABŞ-da prezident seçkilərində səsvermə 2020-ci il noyabrın 3-də keçiriləcək. 

Oxşar xəbərlər

Dünya çempionu prezident olacaq
Usik ilin ən yaxşısı seçildi
Superağır çəkili boks çempionlarının döyüş tarixi məlum oldu
Məşhur boksçu karyerasını bitirdi
Ümumdünya Boks Şurasının 55-ci Konvensiyası paytaxtımızda keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər