reklam
Gürcüstanda Azərbaycan finalı -
Sportfm.az xəbər saytı

Gürcüstanda Azərbaycan finalı - "Atletiko Baku" "Ajara Cup 2018"-in qalibi oldu -FOTO


Gürcüstanın Batumi şəhərində keçirilən futzal üzrə beynəlxalq "Ajara Cup 2018" turnirinə yekun vurulub. 

Sportfm.az saytı xəbər verir ki, 4 komandanın - 2 Gürcüstan və 2 Azərbaycan klubunun iştirakı ilə baş tutan yarışın qalibi "Atletiko Baku" kollektivi olub. Gürcüstanın Yüksək və Birinci liqasının təmsilçilərinin mübarizə apardığı turnirdə hazırda futzal üzrə Azərbaycan Birinci Liqasında çıxış edən" Baku Fire 1" ardıcıl 2 görüşdə qalib gəlib. Dairəvi sistemlə yarışan klublarımızdan İkinci Liqa təmsilçisi "Atletiko Baku" qələbə və bərabərlikdən sonra son matçda qalibi müəyyən etmək üçün "Baku Fire 1"-lə üz-üzə gəlib. Batumidəki Azərbaycan finalında "Atletiko Baku" rəqibini 3-2 hesabı ilə məğlub edərək, "Ajara Cup 2018"-in qalibi adını qazanıb. 

Qeyd edək ki, Azərbaycan klublarının 2012-ci ildən bəri iştirak etdiyi yarışda ilk dəfədir ki, təmsilçimiz kuboku başı üzərinə qaldırır. 

Oxşar xəbərlər

“Baku Fire” “Record”u peşman etdi - Yüksək Liqa
1/8 finalın bütün iştirakçıları bəlli oldu - Azərbaycan Kuboku
Azərbaycan komandası Gürcüstandakı turnirdə
"Atletiko Baku" məğlub oldu, "Obolon" qələbə qazandı
Futzal üzrə ölkə kubokunda sensasion nəticələr!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər