Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan Qran Prisi: Biletlərin satışa çıxarılma vaxt açıqlandı
2019-cu ilin aprelində keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisinin biletləri oktyabrın ikinci yarısından satışa çıxarılacaq.
Sportfm.az xəbər verir ki, bu barədə Qran Pri hazırlıqlarına başlanılması ilə əlaqədar jurnalistlərlə keçirilən görüşdə "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai bildirib. BŞH rəsmisi vurğulayıb ki, biletlərin qiyməti əvvəlki illərə nisbətən ucuz olacaq.
N.Arpadarai "Formula 1" trasında inşaat işlərinə isə noyabrın sonları - dekabrın əvvəllərində start veriləcəyini də açıqlayıb.
Hazırlıq dövründə müxtəlif tədbirlərin də nəzərdə tutulduğunu diqqətə çatdıran departament rəhbəri media nümayəndələri ilə bağlı müəyyən layihələrin də həyata keçiriləcəyini vurğulayıb. Bu sırada o, media üçün "Formula 1" idman növü üzrə dilçilik-terminologiya kursunun təşkilinə dair "Report"un təklifinə müsbət yanaşıb.
N.Arpadarai Qran Priyə hazırlıq dövründə təşkil olunan brifinqlərdə təkcə özünün deyil, Azərbaycan Qran Prisinin promouteri Arif Rəhimovun da iştirakına çalışacağını söyləyib. Tədbir səmimi müzakirələr şəraitində davam edib.
Qeyd edək ki, gələn mövsümün ilkin təqvimində Azərbaycan Qran Prisinin 26 - 28 apreldə təşkili nəzərdə tutulub.(sportnet.az)
Oxşar xəbərlər
"Formula 1" üçün üçün tikinti-quraşdırma işlərinə martda başlanılacaq
Formula 1” üzrə Azərbaycan Qran-prisinin biletləri endirimli qiymətlərlə olacaq
Azərbaycan Qran-prisini izləyənlərin sayı açıqlandı
Azərbaycan Qran Prisinin biletləri endirimlə satışa çıxarıldı
Novbəti Formula 1 Azərbaycan Qran Prisi nə vaxt olacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Güləşçilərimiz bürünc medal uğrunda yarışacaq - Avropa Çempionatı
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası