reklam
Formula 1” üzrə Azərbaycan Qran-prisinin biletləri endirimli qiymətlərlə olacaq
Sportfm.az xəbər saytı

Formula 1” üzrə Azərbaycan Qran-prisinin biletləri endirimli qiymətlərlə olacaq


“Formula 1” üzrə 2020-ci il Azərbaycan Qran-prisi üçün bilet satışına endirimlərlə start veriləcək.

Sportfm.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib. O, bilet qiymətləri və endirimlər barədə yaxın günlərdə ətraflı məlumat verəcəklərini söyləyib.

Biletlər oktyabrın sonlarında satışa çıxarılacaq.

Qeyd edək ki, ötən mövsüm biletlər 1 yanvar 2019-cu ilədək 20 faiz endirimlə satışa çıxarılıb. Sırf yerli sakinlərə 25 faiz endirim tətbiq edilib. İlkin endirim kampaniyası dövründə yerli sakinlər üçün 4 günlük biletlərin qiyməti tribunalardan asılı olaraq, 190 - 660 manat, azyaşlılar üçün 130 - 470 manat, ayaqüstü zonalar üçün 80 - 160 manat təşkil edib.

Oxşar xəbərlər

Azərbaycan qran-prisinin biletləri endirimdə - Formula 1
Azərbaycan Qran Prisinin biletləri endirimlə satışa çıxarıldı
Azərbaycan Qran Prisi: Biletlərin satışa çıxarılma vaxt açıqlandı
Formula-1 Azərbaycan Qran-Prisi: Bilet satışı nə yerdədi?
Formula 1 üçün bilet satışı başladı - İlkin qiymətlər və endirim fürsəti

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər