reklam
Autizmlilərə dəstək olaraq velosiped yarışı keçirildi -
Sportfm.az xəbər saytı

Autizmlilərə dəstək olaraq velosiped yarışı keçirildi -FOTO


Autizmlilərin İdman Klubları (AİK) autizmli uşaq, yeniyetmə və gənclər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirilib.

Sportfm.az xəbər verir ki, Dənizkənarı Milli Parkda baş tutan velosiped yarışı Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyasının (AzVİF), Respublika Olimpiya Velosiped Məktəbi, BrendSport.az saytının təşkilatçılığı və AİK İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçirilib.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov və Respublika Olimpiya Velosiped məktəbinin direktoru Faiq Qurbanov, "ASAN Könüllüləri" təşkilatı, valideynlər və digər qonaqlar iştirak ediblər. 

Tədbir dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra tədbirə dəvət olunan musiqiçilərin ifaları dinlənilib. 

Sonra müəyyən edilmiş yaş qrupları üzrə autizmli uşaq, yeniyetmə və gənclər arasında velosiped yarışına start verilib. 

Sonda qaliblər mükafatlandırılıb və xatirə şəkli çəkilib. Daha sonra konsert proqramı davam edib. 

İdmanın bu növü Autizmlilərin həyatında mühüm rol oynayır. Velosiped yarışının keçirilməsində məqsəd, bu idman nönünün təbliği, həm də klublar arasında daha güclü idmançıları ortaya çıxarmaqdır.

Oxşar xəbərlər

“Gücümüz həmrəyliyimizdir” - Bakıda veloyürüş keçirildi - FOTO
Bakı çempionları müəyyənləşdi
Biləsuvar rayonunda veloyürüş keçirildi
“Gənc Velosipedçilər” İctimai Birliyi fəaliyyətə başlayıb
Autizmli gənc və uşaqlar arasında ilk dəfə velosiped yarışı keçirildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər