Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Autizmli gənc və uşaqlar arasında ilk dəfə velosiped yarışı keçirildi - FOTO
İyulun 1-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdman Federasiyası və Bakı Autizm İdman və Yaşam Klubunun birgə təşkilatçılığı ilə autizmli gənc və uşaqlar arasında ilk dəfə velosiped turniri təşkil olunub.
Sportfm.az saytı xəbər verir ki, yarış zamanı turnir iştirakçıları iki yaş (6-12), (12-19) qrupu üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Yarışın sonunda qalib gələn turnir iştirakçıları mükafatlandırılıblar. 6-12 yaş arasında keçirilən yarışda 1-ci yerin qalibi Əşrəf Cəlilli, 2-ci yerə isə Qəzənfər Ağayev çıxıb.
Bu yaş qrupunda 3-cü yerin qalibləri Polad Minasaclı və Yusif Əlisoy olub. 12 -19 yaşda arasında keçirilən velosiped turnirində 1-ci yerin sahibi Şövqü Əhmədov, 2-ci yer Nicat Həmidov, 3-cü yerin qalibləri isə Xaqan Əliyev və Mirməhəmməd Ələkbərli olub.
Oxşar xəbərlər
Federasiya kuboku yarışlarının qalibləri bəlli oldu - FOTO
Autizmlilərə dəstək olaraq velosiped yarışı keçirildi - FOTO
"Neftçi"nin futbolçuları autizmli uşaqlarla məşq etdilər
“Gənc Velosipedçilər” İctimai Birliyi fəaliyyətə başlayıb
Autizmli gənc və uşaqlar arasında ilk dəfə velisoped yarışı keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası