reklam
Üç güləşçimiz Minskdə beynəlxalq turnirin finalına yüksəldi
Sportfm.az xəbər saytı

Üç güləşçimiz Minskdə beynəlxalq turnirin finalına yüksəldi


Belarusun paytaxtı Minskdə üçqat Olimpiya çempionu Aleksandr Medvedin şərəfinə keçirilən Qran-Pri turniri davam edir.

Sportfm.az xəbər verir ki, 22 ölkədən 300-dən artıq idmançının qatıldığı ənənəvi yarışda ölkəmizi sərbəst və qadın güləşçilər təmsil edirlər.

İlk yarış günündə 57, 65, 74, 86, 97 kiloqramda sərbəst, 50, 55, 59, 65 və 72 kiloqram çəki dərəcəsində isə qadın güləşçilər mübarizə aparıblar.

Üçqat dünya çempionu Hacı Əliyev (65 kq), eləcə də Murad Süleymanov (86 kq) və Tatyana Omelçenko (59 kq) finala yüksəliblər. İrina Netreba (65 kq) isə bürünc medala iddialıdır.

Qeyd edək ki, həlledici görüşlər bu gün keçiriləcək.

Oxşar xəbərlər

"Azərbaycanlı" Doroqan Medvedevin turnirində fərqləndi
Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər
Güləşçilərimiz Belarusa yollanır
4 güləşçimiz Türkiyədə finala çıxdı
Güləşçilərimiz Kiyevdə güclərini sınayacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər