reklam
Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər
Sportfm.az xəbər saytı

Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər


Sentyabrın 14-16-da Belarusun paytaxtı Minskdə üçqat Olimpiya çempionu Aleksandr Medvedin şərəfinə Qran-pri turniri keçiriləcək.

Sportfm.az xəbər verir ki, ənənəvi yarışda sərbəst və qadın güləşçilərimiz qüvvələrini sınayacaqlar.

Minskdə 11 sərbəst güləşçimiz mübarizə aparacaq. Baş məşqçi Firdovsi Umudov, məşqçilər Zəlimxan Hüseynov və Arif Abdullayevin rəhbərliyi altında ölkəmizi Georgi Edişeraşvili (57 kq), Mircəlal Həsənzadə (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Coşqun Əzimov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev, Murad Süleymanov (hər ikisi 86 kq), Şərif Şərifov (92 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) təmsil edəcəklər.

Bir neçə gün öncədən Belarusa yollanaraq orada təlim-məşq toplanışı keçən qadınlardan ibarət millimizin 8 üzvü turnirdə çıxış edəcək. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) uğur qazanmağa çalışacaqlar.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Elman İsmayılov yarışda ədaləti qoruyacaq.

Oxşar xəbərlər

Toğrul Əsgərov yenidən yığmada
Dünya çempionatı üçün Azərbaycan yığmalarının heyəti açıqlandı
Güləşçilərimiz beynəlxalq turnirdə 7 medal qazandı
Güləşçilərimiz Belarusa yollanır
Güləşçilərimiz Kiyevdə güclərini sınayacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər