reklam
Sportfm.az xəbər saytı

"Arsenal"ın iki futbolçusu "Qarabağ"la matçda iştirak etməyəcək


"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İngiltərə "Arsenal"ının zədəli futbolçularının durumu müəyyənləşib.

Sportf.az xəbər verir ki, London təmsilçisinin futbolçuları Sead Koloşinats, Enzli Meytlend-Naylz, Karl Cenkinson və Loran Koselni bu ay meydana çıxmayacaq.

Müdafiəçi Koloşinats və yarımmüdafiəçi Meytlend-Naylzın oktyabrın əvvəllərində tam olaraq kollektivə qoşulaqları gözlənilir.

Müdafiəçilər Cenkinson və Koselni isə noyabrda komandaya qoşulacaq.

Bu futbolçulardan yalnız Meytlend-Naylzın adı Avropa Liqasının iştirak ərizəsinə daxil edilməyib. Cenkinson və Koselninin Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"la səfər oyununda iştirak etməyəcəyi dəqiqləşib. Koloşinatsın isə Bakıya gəlib-gəlməyəcəyi bilinmir. 

Qeyd edək ki, oktaybrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" matçı saat 20:55-də start götürəcək. 

Oxşar xəbərlər

Avropa Liqasının rəmzi yığmasının tərkibi açıqlandı
Henrix Mxitaryan Bakıya gətiriləcək?
"Arsenal" - "Qarabağ" - Ehtimal start heyətlər
Obameyanq Bakıda meydana çıxacaqmı?
"Arsenal" iştirak ərizəsini UEFA-ya təqdim etdi - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər