reklam
Millinin sabiq oyunçusu vəfat etdi -
Sportfm.az xəbər saytı

Millinin sabiq oyunçusu vəfat etdi -37 yaşında


İslandiya millisinin sabiq qapıçısı İnqvar Younsson 37 yaşında vəfat edib.
Sportfm.az xəbər verir ki, bu barədə İslandiyanın “Visir” nəşri məlumat yayıb.

Ötən ilin yazında xərçəng diaqnozu qoyulan futbolçu noyabrın 25-də dünyasını dəyişib. Onun həyat yoldaşı və üç övladı qalıb.

Qeyd edək ki, Younsson “Styarnan” və “Vikinqur” klublarının heyətində İslandiya çempionu olub, Norveç və Danimarkanın müxtəlif komandalarında çıxış edib.

İslandiya millisində 8 oyun keçirən qapıçı Avro-2016-da da yığmanın heyətində yer alıb.

Oxşar xəbərlər

Braziliya millisinin sabiq futbolçusu vəfat etdi
Tanınmış qapıçı dünyasını dəyişdi
Sabiq dünya çempionu vəfat etdi
Dünya çempionu vəfat etdi
Millinin bombardiri vəfat etdi - 41 yaşında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər