reklam
Rio-2016: Azərbaycan ilk qızıl medalını qazandı
Sportfm.az xəbər saytı

Rio-2016: Azərbaycan ilk qızıl medalını qazandı


Azərbaycanı Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Radik İsayev finala yüksəlib. Sportfm.az xəbər verir ki, 80 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən dünya və Avropa çempionumuz yarışlara 1/8 final mərhələsindən başlayıb.

O, ilk görüşündə qazaxıstanlı Ruslan Japarovla qarşılaşıb.
Qazaxıstanlı idmançı ilə döyüşdə rəqibini 11:2 hesabı ilə məğlub edən təmsilçimiz növbəti -  1/4 final mərhələsinə adlayıb. 1/4 finalda Cənubi Koreya idmançısı, Pekin Olimpiadasının qızıl medalçısı Ça Donqminlə qarşılaşan R.İsayev rəqibinə 12:8 hesabı ilə qalib gələrək adını yarımfinala yazdırıb.

Yarımfinal mərhələsində Böyük Britaniya təmsilçisi Mahama Ço ilə döyüşdən də qalib ayrılan Radik İsayev Olimpiya Oyunlarının finalına yüksəlib. Bununla da idmançımız ən az "Rio-2016"nın gümüş medalını təmin edib.

Təmsilçimiz qızıl medal uğrunda döyüşdə Niger təmsilçisi Abdulrazak İssufu Alfaqa  ilə qarşılaşıb. Dünya və Avropa çempionumuz Radik İsayev Niger təmsilçisi Abdulrazak İssufu Alfaqa qalib gələrək "Rio-2016"da ölkəmizə ilk qızıl medalı qazandırıb.

Oxşar xəbərlər

Ramil Qasımov Azərbaycana Rioda ilk qızıl medalını qazandırdı
Rio-2016: Daha iki gümüş medal sərbəst güləşçilərimizdən gəldi
Azərbaycan taekvondoçuları Braziliyaya yola düşdülər
Rio-2016: Elmar Qasımov finalda "ippon"a düşdü
Rio-2016: Sotomayor qalib gəldi, Teymur Məmmədov 1/4 finalda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər