EKOL-un iki oyunçusu "Araz"ın heyətində
Azərbaycanı futzal üzrə Çempionlar Liqasında təmsil edəcək “Araz” klubu oyunçularının ilkin siyahısını UEFA-ya göndərib.
Sportfm.az xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silva siyahıya 16 futzalçının adını daxil edib. Onlardan 3-ü qapıçıdır:
Qapıçılar: 12. Rövşən Hüseynli, 1. Emin Kürdov, 16. Vladislav Reznov
Oyunçular: 17. İsa Atayev, 11. Xətai Bağırov, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 15. Adəm Həbibov, 19. Samir Həmzəyev, 3. Ruzigar İbrahimzadə, 14. Elşən İbramxəlilov, 2. Adil İsmayılov, 10. Nihad İsmayılov, 20. Kənan Manafov, 13. Emin Mikayılov, 9. Oktay Rüstəmli
Əsas qrup mərhələsində "Araz" Slovakiyada meydan sahibləri ilə bərabər, Litva və Malta çempionuna qarşı mübarizə aparacaq. Oktyabrın 3-də rəqib Litvanın "Vıtis", oktyabrın 4-də Maltanın "Valletta", oktyabrın 6-da isə Slovakiyanın "Luçenets" komandaları olacaq. İlk 2 görüş Bakı vaxtı ilə saat 17:30-da, sonuncu saat 20:00-da başlanacaq. Görüşlər "Sportova hala Arena"da təşkil olunacaq.
Oxşar xəbərlər
Naxçıvan klubu iştirak ərizəsini UEFA-ya təqdim etdi
"Araz" Çempionlar Liqası üçün sifariş vərəqini UEFA-ya göndərdi
"Araz" Çempionlar Liqasında mübarizəni dayandırdı - komanda qələbəyə həsrət qaldı
"Araz" Çempionlar Liqasına məğlubiyyətlə başladı
Millimizin Qazaxıstanla oyun üçün heyəti açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













.jpg)

Misli Premyer Liqası