reklam
Sportfm.az xəbər saytı

"Araz" Çempionlar Liqasında mübarizəni dayandırdı -komanda qələbəyə həsrət qaldı


UEFA Çempionlar Liqasında çıxış edən “Araz” klubu mübarizəni dayandırıb.

Sportfm.az xəbər verir ki, bu gün əsas mərhələdə son oyununu keçirən təmsilçimiz Slovakiyanın “Luçenec” komandası ilə qarşılaşıb. Görüş rəqibin 5:2 hesablı qələbəsi ilə başa çatıb. “Araz”ın qollarını Nihad İsmayılov və Ramiz Çovdarov vurub.

Digər oyunda Maltanın “Valletta” klubunu 5:0 hesabı ilə məğlub edən Litvanın “Vytis” komandası elit-raunda vəsiqə qazanıb.

“Araz” – “Luçenec” (Slovakiya): 2:5 (2:2)

6 oktyabr. Sportova hala Arena. Saat 20:00

Hakimlər: Sven Eichler (Almaniya), David Schaerli (İsveçrə), Kamil Çetin (Türkiyə)

Qollar: N. İsmayılov, 4:09, R. Çovdarov, 5:02 // G. Robert, 18:10, A. Fehervari, 19:20, 33:51, 35:26, R. Kamara, 29:47

Sarı vərəqə: O. Rüstəmli, 09:20 // K. Juraj, 27:54

“Araz”

12. Rövşən Hüseynli (q), 7. Ramiz Çovdarov, 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 13. Samir Həmzəyev, 1. Emin Kürdov (q), 8. Rizvan Fərzəliyev (k), 18. Adil İsmayılov, 20. Kənan Manafov

Baş məşqçi: Joze Alesio Da Silva

“Luçenec”

1.Oberman Riçard (q), 6. Atilla Fehervari (k), 10. Ribeiro Matheus Ferreira, 13. Anton Brunovsky, 14. Rikardo Kamara, 19. Mikus Peter (q), 9. Peter Petik, 12. Koçis Peter,15. Gresko Robert, 17. Kuhajdik Juraj, 18. Hricov Adrian, 20. Klema Erik (q)

Baş məşqçi: Marian Berky

Oxşar xəbərlər

“Araz” Çempionlar Liqasında son oyununu keçirəcək
"Araz" Çempionlar Liqasına məğlubiyyətlə başladı
EKOL-un iki oyunçusu "Araz"ın heyətində
Millimizin Qazaxıstanla oyun üçün heyəti açıqlandı
“Araz”ın Çempionlar Liqasındakı oyunlarının vaxtı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər